- Köhnə - Region
- 14 Fevral 2014 15:11
- 4 166
Həbsdə olan bütün aksiyaçılar azad olundu- Ukraynada
Ukraynada etiraz aksiyaları zamanı həbs edilən bütün fəallar azadlığa buraxılıb.
AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əvvəllər həbs olunan 234 aksiyaçıdan sonuncusu fevralın 14-də azad edilib. Dmitri Poltaves adlı bu aksiyaçı yanvarın 23-də Qruşevski küçəsindəki aksiyalarda saxlanılıb.
Həbs olunan aksiyaçıların azad edilməsi Yanukoviçin imzaladığı amnistiya haqqında sərəncamdan sonra mümkün olub. Qanuna görə, həbs edilən bütün aksiyaçılar yanvarın 17-dək azad edilməli idi.
Elnarə
AzNews.az