- Köhnə - Region
- 15 Fevral 2014 08:09
- 12 880
Azyaşlı qızı zorlayan kişini asdılar- FOTO
Anspress xəbər verir ki, məhkəmə məhkumlardan birinin 8 yaşlı qızı qaçırdığını və onu zorlayaraq öldürdüyünü bildirib.
Digər məhkumun isə polis geyimi ilə bir neçə qadını aldadaraq qaçırdığı, onları qarət etdiyi və zorladığı bildirilib.
Məhkəmə heyəti və zərərçəkmişlərin qohumlarının da iştirak etdiyi edam hökmü Şiraz şəhərinin ən böyük meydanlarından birində, ictimaiyyətin gözlərinin qarşısında yerinə yetirilib.
Xəbərdə, İran qanunvericiliyinə görə zorlama cinayəti işləyənlərin edam olunduğu bildirilir.
AzNews.az