- Köhnə - Region
- 18 Fevral 2014 09:57
- 4 471
Hava limanında 48 əcnəbi saxlanıldı
Məlumata əsasən, saxlanılan əcnəbi vətəndaşların hamısı Banqladeşdəndir.
Onlar Dubaydan Şiraza və oradan Xuzestan əyalətinə gedərək Avropaya getmək niyyətində olublar. İnsan alveri ilə məşğul olan iki xuzestanlı həmin şəxsləri Avropaya qaçaq yollarla aparmaq istəyirmiş.
İki iranlı insan alverçisi barəsində cinayət işi açılıb və 48 Banladeş vətəndaşı isə bu gün Dubaya geri qaytarılıb.
AzNews.az