Türkiyə gəmisində 12 ton xaşxaş aşkarlandı

Gəmi havadan vertolyot vasitəsi ilə nəzarətə götürülüb



"Berk Kapitan" adlı Türk balıqçı gəmisində 12 ton xaşxaş bitkisi aşkarlanıb.


AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Gömrük Mühafizə Müdirliyi və Fransız gömrük polisinin birgə keçirdiyi əməliyyat zamanı ələ keçirilən narkotik vasitəyə görə, dörd nəfərlik gəmi heyəti həbs olunub.

Gömrük Mühafizə Müdirliyi mətbuata verdiyi açıqlamaya görə, İspaniyanın Melilla şəhərinin 30 kilometrliyində görülən Türk balıqçı gəmisi şübhə doğurub və bu səbəbdən gəmi havadan vertolyot və radarlar vasitəsi ilə nəzarətə götürülüb.

Əməliyyat Almeria sahillərində aparılıb. "Boğaz " adı ilə təşkil edilən əməliyyat zamanı gəmidə axtarış aparılıb. Anbar qismində 480 paket buğdanın içinə saxlanmış təxminən 12 ton xaşxaş aşkarlanıb.

İspan gömrük səlahiyyətlilərinin , keçən iyun ayından bu tərəfə altıncı dəfə bu tip əməliyyatların təşkil edildiyini və Aralıq dənizində yeni bir narkotik yolunun aşkarlandığı qeyd olunur.

Fransız, İtalyan və İspan gömrük mühafizə polisinin Aralıq dənizində apardığı əməliyyatlarda 50 tondan çox narkotik maddənin ələ keçirildiyi bildirilir. Cinayətkar dəstələrin balıqçı və ya yük gəmilərini texniki nasazlıq adı ilə qısa müddətə Şimali Afrika sahillərində dayandırdığı və həmin vaxt limandan gəmiyə narkotikin yükləndiyi bildirilir.

Elman
AzNews.az