- Köhnə - Region
- 19 Fevral 2014 21:04
- 5 011
Jurnalisti və anasını öldürdüyünə görə - 20 il həbs
Moskvada 4 il əvvəl jurnalist Yekaterina Silini və onun anasını öldürdüyünə görə belarusiyalı Stepan Qonçarikə qarşı ittiham irəli sürülüb.
AzNews.az "İnterfax"a istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsinin hökmü ilə Qonçarik 10 il türmə həyatı çəkməli, bir o qədər də kaloniyada ciddi rejimdə qalmalı olacaq. Bundan başqa o öldürdüklərinin qohumlarına 6 milyon rubl ödəməli olacaq.
İstintaq idarəsinin verdiyi məlumata görə 2008 - ci ildə 52 yaşlı Stepan Yevgeniya ilə evlənir. Onlar Yevgeniyanın həddi buluğa çatmayan jurnalist və MDU - nun tələbəsi olan qızı Yekatirina ilə birlikdə yaşayırlar. Bir müddət keçəndən sonra Qonçarik arvadının Moskvanın əla bir yerində olan mənzilini ələ keçirmək qərarına gəlir. Mənzilin yeganə sahibi olmaq üçün o arvadını və onun qızını aradan götürmək qərarına gəlir.
2010 - cu ilin iyununda Qonçarik Yevgeniyanı boğaraq meyidini meşədə gizlədir. 2011 - ci ilin yanvarında isə növbə 16 yaşlı Yekatirinaya çatır.
Qonçarik 2012 - ci ilin yanvarında tutulur. Məlum olur ki, o Belarusiyada da 3 dəfə həbs olunub.
Məhkəmə bütün detalları araşdırandan sonra qərara alıb ki, qatilə heç cür güzəştə getmək olmaz., və ona 20 il həbs cəzası kəsilib.
Azər
AzNews.az