Sərhəddə partlayış - 40 yaralı

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib.

Türkiyənin Suriya ilə sərhədində yerləşən Kilis rayonundakı Öncüpınar sərhəd keçid məntəqəsinin qarşısında minalanmış avtomobil partladılıb. Partlayış nəticəsində 40-dan çox insan yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Bir neçə nəfərin də öldüyü bildirilir, ancaq bu haqda məlumat hələlik rəsmən təsdiqlənməyib. (ANS)