100-dən çox azərbaycanlı fəal həbs olundu

Cənubi Azərbaycanda 100-dən azərbaycanlı müxalifətşi İran təhlükəsizlik qüvvələri tərəfinfən həbs olunub.


"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, saxlanılanların "Ana dili" gününü qeyd etmək üçün bir araya gələn Cənubi Azərbaycan Milli Hərəkatının üzvləri olduğu deyilir.

İki il öncə Türkiyəyə sığınan Cənubi Azərbaycandan olan Ramin Cabbarlı Cihan agentliyinə açıqlamasında Ahar şəhərində toplanan azərbaycanlıların arasında İbrahim Savalan, Abbas Veysanlı və Saleh Molla Abbasi kimi öndə gedən müxalif nümayəndələrinin də olduğunu bildirib. Cabbarlı İranda yaşayan 30 milyondan artıq azərbaycanlının ana dilində təhsil haqqına sahib olmadığını bir daha xatırladıb. Onun sözlərinə görə hər il qeyd edilən bu mərasimlərdə həbslər olsa da, bu il həbs olunanların sayı xeyli artıb.

Qeyd edək ki, prezident Həsən Ruhani seçiləcəyi təqdirdə ölkədə fars dilində danışmayan xalqların haqlarını tanıyacağına dair vəd vermişdi.


AzNews.az