Etiraz aksiyalarında bir azərbaycanlı xəsarət alıb- Ukraynada

AzNews.az xəbər verir ki, Ukraynada qarşıdurmalar davam edir.

Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma pik həddədir.

Etiraz aksiyaları zamanı 1990-cı il təvəllüdlü Anar Rzayev yaralanıb. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib.

Səfirliyin məlumatına görə, Rzayevə tibbi yardım göstərilib və hazırda onun vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, son rəsmi məlumatlara görə, Kiyevdə toqquşmalar nəticəsində 77 nəfər həlak olub, tibbi yardım üçün isə 577 nəfər müraciət edib.

AzNews.az