Ukraynanın paytaxtı Kiyevdə toqquşmalar zamanı xəsarət alanlara ilkin tibbi yardım edilməsi məsələsində həkim problemi yaranıb. Ukraynanın paytaxtı Kiyevdə toqquşmalar zamanı xəsarət alanlara ilkin tibbi yardım edilməsi məsələsində həkim problemi yaranıb.

Ukraynada yaralılar kilsələrə aparılır: Həkim çatışmazlığı var

Ukraynanın paytaxtı Kiyevdə toqquşmalar zamanı xəsarət alanlara ilkin tibbi yardım edilməsi məsələsində həkim problemi yaranıb.




AzNews.az-a Ukraynadan verilən məlumata görə, bu problemlə bağlı ilkin tibbi yardım bacarığı olanlar paytaxtın mərkəz hissəsinə və yaralıların toplanıldığı kilsələrə dəvət edilib.

Hakimiyyət əleyhdarları internet resursları vasitəsilə həkim-cərrahlara çağırış edərək, yaralıların daha çox toplandığı Mixaylovski kilsəsinə gəlmələrini xahiş edirlər.

Xatırladaq ki, Ukraynada baş verən qarşıdurmalarda həlak olanların sayı 80 nəfərə, xəsarət alanların isə 600-ə çatıb.

Məhəmməd
AzNews.az