Ukraynalılar “Maydan”da həlak olanlarla vidalaşdı- VİDEO


Ukraynanın paytaxtı Kiyevdə baş verən toqquşmalarda həlak olanlarla vidalaşma mərasimi keçirilib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, dünən gecədən başlayaraq, bu gün səhər saatlarına qədər xalq hakimiyyət əleyhidarları ilə güc srukturları arasında baş verən toqquşmalarda həlak olanlarla vidalaşıb.

Mərasim "Müstəqillik" meydanında (Maydan) keçirilib.

Aksiyada çıxış edən müxalifət fəalları hazırkı prezident Viktor Yanukoviçin və onun komandasının istefasını tələb etməklə yanaşı, baş verənlərdə mövcud hakimiyyəti ittiham ediblər.

Həmçinin, Yanukoviç və güc strukturlarına rəhbərlərinin cinayət məəsuliyyətinə cəlb edilməsi tələbi ilə də çıxışlar olub.

Xatırladaq ki, son 4 gün ərzində Ukraynada hakimiyyət əleyhidarları ilə güc strukturları arasında toqquşmalarda, rəsmi məlumatlara görə, 77 nəfər ölüb, 600 nəfər xəsarət alıb. Fevralın 22 və 23 Ukraynada matəm günləri elan olunub.



AzNews.az