Yanukoviçin partiyası müxalifətə keçdiyini bəyan etdi


Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin rəhbəri olduğu Regionlar Partiyası müxalifətə keçdiyi barədə bəyanat verib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bunu Regionlar Partiyasının parlament fraksiyasının rəhbəri Aleksandr Yefremov deyib.

A.Yefremov deyib ki, hazırda V. Yanukoviçin rəqiblərinin parlamentdə çoxluq təşkil edərək, hökuməti formalaşdırmaq imkanı daha çoxdur.

Bu baxımdan da Regionlar Partiyası müxalifətdə təmsil olunacaq.

AzNews.az