Jirinovski: “Ukraynaya qoşun yeridə bilərik”

Rusiya beynəlxalq hüquq normaları çərçivəsində öz hərbi hissələrini Ukraynaya yeridə bilər.

"Axar.az"ın məlumatına görə, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bu gün keçirdiyi mətbuat konfransında belə deyib: "Bunun üçün Ukraynanın qanuni prezidenti Viktor Yanukoviçin Rusiyaya müraciət etməsi yetərlidi. Onun yerində olsaydım, Ukraynanın cənubi-şərq vilyətlərinin rəhbərləri ilə təhlükəsizliyim barədə danışardım və oradan hələ də qanuni prezident olduğumu bəyan edərdim. O, bunu edə bilər. Onun bütöv Ukraynanın prezidenti olması artıq arxa planda qalıb. Lakin 25 may seçkilərinə mane ola bilər. O özünü qurtara bilər".

Ali Radanın yeni sədri Aleksandr Turçinovun ünvanına nalayiq ifadələr işlədən Jirinovski bildirib ki, Qara dənizdəki hərbi hissələrinin təhlükəsizliyi baxımından Rusiya ordusunu ora yeridə bilər. Partiya sədri həmçinin təşkilatından könüllülərin ora göndərilməsinə hazır olduğunu deyib.


AzNews.az