- Köhnə - Region
- 24 Fevral 2014 20:46
- 6 946
Moskvanın mərkəzində kütləvi həbslər - CANLI YAYIM, FOTO
ANS PRESS-in məlumatına görə, həbs olunanlar arasında Rusiya müxalifətinin liderləri Boris Nemtsov, İlya Yaşin və Nadejda Mityuşkina da var. Bu sırada Pyotr Verzilovun, Mariya Alyaxinanın, Nadejda Tolokonnikovanın və Vladimir Akimenkovun da adı çəkilir. Tutulanlar arasında həm də məşhur blogger Aleksey Navalnı da var.
Rusiya müxalifətinin təmsilçiləri 6 may 2012-ci ildə keçirilmiş "Milyonların marşı" zamanı tutulanlara dəstək məqsədi ilə bu gün etiraz aksiyası keçirib. "Bolotnı işinə" dəstək aksiyası adlandırılan tədbirdə 2000-ə yaxın adamın iştirak etdiyi ehtimal edilir.
AzNews.az