Sarkisyana 100 il həbs tələb edildi

"Baş nazir Tiqran Sarkisyana və energetika naziri Armen Movsisyana qarşı cinayət işi qaldırıb hər birinə 100 il həbs cəzası kəsmək lazımdır".

ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Ermənistan parlamentində müxalifətçi Erməni Milli Konqresinin fraksiya rəhbəri Aram Manukyan bildirib.

Ermənistanın iri kimya zavodu "Nairit"in Rusiyanın "Qazprom" şirkətinə verilməsi barədə danışan deputat deyib: "Məgər "Nairit"in 40 milyon dollar borcunu heç cürə ödəmək mümkün deyil? Buna görə müəssisəni satmaq lazımdır? Onun iri ərazisində pomidor-xiyar əkməklə borcları vermək olar. Bəlkə istehsalı bərpa edək? Kim sizə icazə verib ki, ölkə üçün vacib olan müəssəni satasınız? "ArmRosqazprom"un səhmlərinin 20 faizini, hidroenergetika aktivlərini kim satdı?",- deyə Manukyan vurğulayıb.

Bu gün erməni parlamentində gedən müzakirələr zamanı energetika naziri Armen Movsisyan "Qazprom"un zavoda 500 milyon dollar sərmayə qoymaq barədə planlarından danışıb.



AzNews.az