- Köhnə - Region
- 25 Fevral 2014 21:48
- 4 388
Britaniyadan Türkiyəyə nüvə enerjisi ilə bağlı təklif

ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton məlumat verib. Onun sözlərinə görə bu gün Türkiyə enerji resurslarından asılı vəziyyətə düşüb.
"Türkiyədə bir çox enerji üzrə mütəxəssislərlə görüşdüm. Onlarla aparılan müzakirələrdən belə başa düşdüm ki, Türkiyə enerji resurslarından asılı vəziyyətdədir. Buna görə də Türkiyə hökuməti ölkənin enerji mənbələrini genişləndirmək məqsədilə yeni texnologiyaların inkişafına sərmayə yatırır. Bu yatırımları nəzərə alan Böyük Britaniya Türkiyə ilə bu sahədə təcrübəsini bölüşməyə hazırdır. Hesab edirəm ki, Britaniya və Türkiyə firmaları birlikdə çalışaraq gələcək nəsilləri etibarlı enerji resursları ilə təmin edə bilər", deyə D.Lidinqton bildirib.
AzNews.az