Ukraynanın Ali Baş komandanı bəlli oldu: Dövlət aparatından qovulanlar artır

Ukrayna Ali Radasının sədri, dövlət başçısı vəzifəsini icra edən Aleksandr Turçinov Silahlı Qüvvələrin Ali Baş komandan səlahiyyətlərini də öz üzərinə götürüb.

AzNews.az-ın məlumatına görə, bu barədə qərar fevralın 26-da imzalanıb. Bundan başqa Ukrayna Prezidentinin Administrasiyasında (PA) da ciddi kadr islahatlarına başlanılıb.

Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovun əmri ilə dövlətin əsas idarəetmə orqanında əvvəlki hakimiyyətin komandasına aid şəxslər vəzifələrindən uzaqlaşdırılırlar. A.Turçinovun əmri ilə PA-nın İşlər üzrə Dövlət İdarəsinin rəhbəri Andrey Kravça, onun müavinləri Nikolay Kolomieç və Aleksandr Orda işdən çıxarılıblar.

İdarənin rəhbəri vəzifəsinə Qeorqiy Beradze təyin olunub.

Qeyd edək ki, Ukrayna dövlət başçısının səlahiyyətlərini icra edən Aleksandr Turçinov Oleq Rafalskini isə Prezident Administrasiyasının yeni rəhbəri təyin edib.

AzNews.az