Türkiyə parlamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar bəyanat verib.


AzNews.az-ın verdiyi məlumata görə, bəyanatda Xocalı faicəsini törədənlər şiddətlə qınanır və faciənin bəşər tarixinin ən qara səhifəsi olduğu bildirilir.

Bununla yanaşı, komissiya Türkiyənin hər zaman Azərbaycanı dəstəklədiyini bildirir.

Bəyanatda o da qeyd olunur ki, Türkiyə parlamentinin Xarici əlaqələr komissiyası Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağa çağırır.


AzNews.az