- Köhnə - Region
- 26 Fevral 2014 16:50
- 3 819
Putindən döyüş hazırlığı - Əmri

Trend-in verdiyi məlumata görə, bu barədə RF müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.
S.Şoyqu Müdafiə Nazirliyinin iclasında deyib: "Rusiya Federasiyası Prezidentinin sərəncamına uyğun olaraq, bu gün saat 14:00-da Qərbi Hərbi Dairənin qoşunları, eləcə də onun tərkibindəki birləşmə və hərbi hissələr, Mərkəzi Hərbi Dairənin ikinci ordusu, Hava-Kosmik Müdafiə komandanlığı, Hava-desant qoşunları, Uzaq və Hərbi-nəqliyyat aviasiyası həyəcan siqnalı ilə ayağa qaldırılıb".
Onun sözlərinə görə, V.Putin ölkənin hərbi təhlükəsizliyi üçün təhdid yaradan, eləcə də antiterror, sanitar-epidemioloji və texnogen xarakterli vəziyyətlərin həlli zamanı qoşunların döyüş qabiliyyətinin yoxlanılmasını tapşırıb.
Yoxlama fevralın 26-dan martın 3-dək iki mərhələdə həyata keçiriləcək.
AzNews.az