- Köhnə - Region
- 27 Fevral 2014 15:00
- 3 607
Ali Radanı zəbt edən terrorçulardan növbədənkənar sessiya tələbi

AzNews.az-ın məlumatına görə, artıq terrorçular 15 deputatın və Muxtar Respublikanın Ali Radasının sədri Vladimir Konstantinovun parlamentin binasına daxil olmasına imkan yaradıblar.
Ehtimala görə, zəbt olunan parlamentin binasında iclas keçirilməsi tələbi reallaşa bilər. Parlament üzvləri silahlı qarşıdurmaya gedilməməsi şərtilə iclasın keçirilməsi tələbinə etiraz etməyiblər.
Xatırladaq ki, bu gün səhər saatlarında 30-35 nəfərdən ibarət qrup Krım Muxtar Respublikasının parlament və Nazirlər Kabinetinin binalarını zəbt ediblər. Tettorçular daha sonra Ukraynanın bayrağını çıxardıb atıblar. Onun yerinə isə Rusiyanın dövlət bayrağı asılıb.
Məhəmməd
AzNews.az