- Köhnə - Region
- 27 Fevral 2014 16:12
- 5 725
Rusiyalı deputatlar təcili Krıma getdilər
Rusiya Dövlət Dumasının deputatlarından ibarət nümayəndə heyəti Krım Muxtar Respublikasına səfər edib.
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının sədr müavini Vladimir Vasiliyev, MDB üzrə komitənin sədri Leonid Sluçkiy, "Vahid Rusiya" partiyasından olan deputat Nikolay Valuyev daxildir.
Xatırladaq ki, bu gün səhər saatlarında Krım Ali Radasını və Nazirlər Kabinetinin binasını zəbt edən rusiyameyilli silahlı qrup adıçəkilən dövlət qurumlarına nəzarəti öz əlində saxlayır. Nazirlər Kabinetinin binasında telefon əlaqəsi kəsilib. Hüquq-mühafizə orqanları ilə danışıqlar isə nəticə verməyib.
Rusiyanın Ukraynadakı səfiri Andrey Vorabyova bu ölkənin Xarici İşlər Nazirliyinə dəvət edilərək, ona nota təqdim edilib. Həmçinin, Krımda baş verənlərlə bağlı Ukrayna hökumətinin Rusiya ilə məsləhətləşmələr aparmaqla bağlı niyyəti də səfirin diqqətinə çatdırılıb.
Məhəmməd
AzNews.az