Arsen Yaçenyuk Ukraynanın yeni baş naziri oldu


Ukrayna Ali Radası ölkənin yeni baş nazirini təsdiq etdi.

AzNews.az-ın məlumatına görə, parlamentin bu gün keçirilən sessiyasında Ali Rada "Batkivişinı" fraksiyasının lideri Arsen Yaçenyuku Ukraynanın baş naziri seçib.

Onun leyhinə parlamentin 371 deputatı səs verib.

Qeyd edək ki, Ali Radanın bu gün keçirilən iclasında sağ təmayüllü yeni fraksiya yaradılıb. Bu fraksiyaya "Batkivişinı", "Udar", "Svaboda" və digər sağ yönümlü deputat qrupları üzv olub.

Məhəmməd
AzNews.az