Ukrayna Rusiya ilə nüvə silahı ilə “danışmaq” istəyir


Ali Radada Ukraynanın nüvə ölkəsi statusunun qaytarılması tələbləri irəli sürülüb.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, parlamentdə bildirilib ki, Rusiya Ukraynada "Maydan" hərəkatının qələbəsindən sonra öz maraqlarını qorumaq üçün bütün beynəlxalq normaları pozur və işğalçılıq siyasəti yürüdür: "Əgər Rusiya bu normaları pozmaqda davam edəcəksə, Ukraynada nüvə silahı saxlamaq statusunu bərpa etməlidir. Nüvə silahını saxlamaq statusunu bərpa edək və hamı ilə lazımı şəkildə danışaq".

Çıxışlarda bildirilib ki, Ukrayna nüvə silahının hazırlanması texnologiyasına malik ölkədir və bu proses 3-6 ay ərzində yekunlaşdırıla bilər.

Məhəmməd
AzNews.az