Ruslar Krımda daha bir gəmini batırdı

Rusiya dənizçiləri Qara dənizdə özlərinə məxsus daha bir gəmini batırdılar.

AzNews.az-ın məlumatına görə, Ukrayna Müdafiə Nazirliyi Media Mərkəzinin Krım regional bölməsinin xəbərində bildirilib ki, bu gün səhər saatlarında Ukrayna hərbi gəmilərinin yerləşdiyi ərazidə Rusiyanın Qara dənizdə yerləşən Hərbi Donannmasına məxsus BM416 tipli yanğınsöndürmə gəmisi suya batırılıb.

Məlumatda qeyd olunub ki, bu Ukrayna hərbi gəmilərinin mühasirəsini möhkəmləndirmək məqsədi daşıyır.

Xatırladaq ki, ötən gün Rusiya hərbçiləri həmin ərazidə "Oçakov" adlı gəmini də batırıblar.

AzNews.az