General oğurlanmasından danışdı – Təfərrüat

Ukrayna Dövlət Sərhəd Xidmətinin general-polkovniki Mixail Koval Krımda oğurlanması ilə bağlı mətbuat konfransı keçirib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Mixail Koval oğurlanmasını Rusiya dövlətinin xüsusi əməliyyatı adlandırıb: "22 il SSRİ hərbi hava desant qüvvələrində xidmət etmişəm. Mənim üçün bu cür əməliyyatın həyata keçirilməsi yenilik deyil. Onların bu əməli dırnaqarası təqdirə layiqdir".

General oğurlanmasının təfsilatını da danışıb: "Martın 5-də axşam saatlarında Yaltada avtomobilin qarşısını kəsdilər və zorla maşından çıxardılar. Özünü Rusiyanın hərbi hava desant birləşməsinin giziri kimi təqdim edən şəxs bərkdən qışqıraraq dedi:

"Hanı bu bender general?" Daha sonra üzərimə mülki geyimli şəxslər hücum etdi və poqonlarımı qoparmağa çalışdırlar".

General deyib ki, onu oğurlayan şəxslər diz çökməsini də tələb ediblər: "Mən onların bu tələbini yerinə yetirməkdən imtina etdim. Bundan sonra onlar məni Rusiya hərbçilərinin olduğu avtomobilə mindirdilər və Simferapola gətirdilər. Avtomobildə rusiyalı hərbçilərə Ukraynadakı vəziyyət və baş verənləri anladandan sonra məni azad etdilər".

General onu oğurlayanların günahkar olmadığını da deyib: "Mən əsgərəm və bunu edənlər də əsgərlərdir. Bu mənada əsgərlər öz aralarında bir –biri ilə anlaşa bilir. Onların söhbətindən isə belə anladım ki, Krıma gətirilən rusiyalı hərbçilər Vladimir Putinin bu əmrindən narazıdırlar. Ehtimal edirəm ki, mənim oğurlanmam Sərhəd Qoşunlarının şəxsi heyəti qarşısında çıxış edərək, vəziyyəti anlatmağımın qarşısını almaq idi".

Xatırladaq ki, M. Koval martın 5-də Ukrayna DSX-nın Su Sərhəd Mühafizəsinin Yaltadakı divizionunun yaxınlığında 40 nəfər silahlı şəxs tərəfindən oğurlanıb.

Məhəmməd
AzNews.az