- Köhnə - Region
- 18 Mart 2014 22:39
- 2 468
Krımda qan töküldü: 1 ölü, 1 yaralı

Atəşin kim və ya kimlər tərəfindən açıldığı hələlik məlum deyil. Lakin ehtimal olunur ki, atəş snayper vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, bu gün Rusiya ilə Krım Muxtar Respublikası arasında Sevastopol şəhərinin Rusiya Federasiyasının tərkibinə daxil olması barədə saziş imzalanıb.
Xatırladaq ki, Krım Muxtar Respublikasında bölgənin Rusiyaya birləşdirilməsi ilə bağlı martın 16-a referendum keçirilmişdi. Referenduma qatılanların 96,7%-i qərarın lehinə səs vermişdi.