- Köhnə - Region
- 24 Mart 2014 22:14
- 3 870
“Babayurt“ bandasının rəhbəri və 3 üzvü öldürüldü

24 martda Dağıstanda atışma zamanı 4 silahlı zərərsizləşdirilib.
AzNews.az RİA Novosti - yə istinadən xəbər verir ki, Milli Antiterror Komitəsinin(MAK) məlumatına görə Xasayurtda öldürülənlərdən biri "Babayurt" qruplaşmasının rəhbəri, digərləri isə üzvləri olub.
Atışma Toturbiyev küçəsində, Moskva vaxtı ilə 20:30 - da baş verib. Silahlılar sənədləri yoxlamaq üçün maşını saxlatdıran mühafizə orqanı əməkdaşlarına atəş açıblar. Cavab atəşi ilə quldurlar zərərsizləşdirilib.
Ölənlərin arasında 1989 - cu il təvəllüdlü banda rəhbəri İdris Akavov da olub. Onu yaxından tanıyanlar meyitə baxış zamanı bunu təsdiq ediblər.

Zakir
AzNews.az