BAEA İranla bağlı hesabat yaydı

Beynəlxalq Atom Enerjisi Agentliyi İranla bağlı yeni hesabat açıqlayıb. Hesabatında bildirilir ki, İran Tehranın şərqində yerləşən "Parçin" hərbi bazasında geniş səviyyədə təmizləmə işləri apardığından orada axtarışların aparılması belə heç bir nəticə verməyəcək.

İran rəsmiləri ilə müzakirələri bu il ərzində heç bir nəticə vermədiyi vurğulanan hesabatda fikir - ayrılıqlarının hələ də qaldığı bildirilib. İranın yeni yerləşdirdiyi santrifujlara da işarə edilən sənəddə bu sayın iki dəfə artaraq 1064 - dən 2140 ədədə çatdırıldığı qeyd olunub: "İranın zənginləşdirilmiş uranının miqdarı 185 kiloqrama çatıb. Bu rəqəm ötən il ötən il 145 kiloqram olub".

Alpər
AzNews.az