Yanukoviçin oğlu axtarışa verildi- FOTO

Ona 5 ilə qədər həbs düşür



Ukrayna Təhlükəsizlik Xidməti keçmiş prezident Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviç barəsində axtarış elan edib. AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, A. Yanukoviç vəzifə səlahiyyətindən sui-istifadə etmə, sənədlərin saxtalaşdırılması və digər cinayət əməllərində ittiham olunur. Ukrayna Cinayət Məcəlləsinin qeyd olunan müddəalarına əsasən, bu bəndlər üzrə ittiham olunanlar 2 ildən 5 ilə qədər azadlıqdan məhrum olunurlar.


AzNews.az