5 nəfər yanaraq külə döndü

Türkiyənin Antalya şəhərində baş verən 5 nəfərin yanaraq həyatını itirdiyi qəza anının görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, qəza aprelin 17-də Əmrah Bülbülün idarə etdiyi "05 RD 419" nömrə nişanlı avtomobilin Qalib Əsgərin sürdüyü "07 HZ 762" nömrə nişanlı TIR-a çırpılması nəticəsində baş verib.

5 nəfərin yanaraq öldüyü qəzanın qurbanları arasında azyaşlı uşaq da var.


AzNews.az