Krımlılar Ukraynada prezident seçkisinə qatılmaq istəyir


Krım tatarları Ukrayna prezidentliyinə keçiriləcək seçkidə iştirak etmək istəklərini bildiriblər. AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, bunu Krım Tatar Xalq Məclisinin üzvü İsgəndər Bariyev açıqlamasında bildirib. O, deyib ki, tatarlar muxtar respublikanın Ukrayna ilə həmsərhəd qəsəbələrində təşkil olunan seçki məntəqələrində səsvermədə iştirak edə bilərlər: "Bunun üçün tatarların həmin seçki məntəqələrinə gedişini reallaşdırmaq lazımdır. Xerson vilayətinin sərhəd kəndində bunu həyata keçirmək lazımdır". İ. Bariyev Rusiya hökumətinin bu məsələdə Ukrayna vətəndaşı olan tatarlara maneə yaratmayacağına ümid etdiyini də vurğulayıb: "Ukrayna prezidentliyinə keçiriləcək seçki günü – mayın 25-də Krım tatarlarının referendumunun keçirilməsi də istisna edilmir".

AzNews.az