Ukraynaya 800 min avro ayrıldı

Yaponiya Ukraynada beynəlxalq missiyaların fəaliyyəti üçün 800 min avro ayıracağını vəd edib. AzNews.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Yaponiya Xarici İşlər Nazirliyindən bildirilib ki, hökumət Ukraynada stabilliyin bərpa edilməsi məqsədilə 800 min avro maliyyə yardımı verməyə hazırlaşır. Bu məbləğin 500 mini ATƏT-in xüsusi monitorinq missiyasının Ukraynada saxlanması üçün nəzərdə tutulub.

300 min avro isə mayın 25-də keçiriləcək prezident seçkilərində şəffaflığın yoxlanılması məqsədilə monitorinq aparacaq Avropa Şurası missiyasına yönləndiriləcək.

Aydan
AzNews.az