Rus separatçıları Ukrayna zabitlərinə dəhşətli işgəncələr verir – Video

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) üç zabiti qondarma "Donetsk Respublikası"nın separatçıları tərəfindən girov götürülüb.

AzNews.az xəbər verir ki, biri polkovnik-leytenant, digərləri isə mayor və kapitan olan zabitlər UTX-nin "Alfa" xüsusi təyinatlı dəstəsinin əməkdaşlarıdır. Separatçılar girov götürülən hüquq-mühafizə orqanının əməkdaşlarına işgəncə veriblər. Bu Rusiya telekanallarının yaydığı görüntülərdə də öz əksini tapıb. Zabitlərin əlləri arxadan qandallanıb, ayaqları isə otuzdurulduqları stula yapışqan lentlə bağlanıb. Dəhşətli işgəncələrə məruz qalan UTX zabitləri tanınmaz hala salınıb. Onlar təzyiq altında Rusiya KİV-ə müsahibə veriblər.

Rusiya telekanallarına açıqlama verən qondarma respublikanın özünümüdafiə dəstələrindən birinin komandiri İqor Strelkov isə vəziyyəti belə şərh edib: ""Alfa"nın əməkdaşları gizli şəkildə onların nəzarətində olan əraziyə daxil olublar. Xüsusi təyinatlıların qarşısına "respublika"nın liderlərindən olan İqor Bezleri ələ keçirmək tapşırığı qoyulubmuş. Polkovnik-leytenant Postislav Kiyaşko, mayor Serqey Potemskiy və kapitan Yevqeniy Varinskiyin də daxil olduqları yeddi nəfərlik dəstə Donetskə təyyarə ilə gəliblər. Zabitlər vilayətin Qorlovki şəhərində tutulublar".

Xatırladaq ki, artıq Ukrayna hüquq-mühafizə orqanları "Alfa"nın zabitlərinin dəyişdirilməsini təklif ediblər.

Mövzu ilə bağlı videonu BURADAN izləyə bilərsiniz.

Əhməd
AzNews.az