Xarkovun sui-qəsdə məruz qalan meri İsrailə aparıldı

Ötən gün sui-qəsdə məruz qalan Ukraynanın Xarkov şəhərinin meri Qennadiy Kernes ağır vəziyyətdə İsrailə aparılıb.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, Xarkov şəhər meriyanın ictimaiyyətlə əlaqələr departamentinin direktoru Yuriy Sidorenko bildirib ki, Qennadiy Kernes İsraildən gələn həkim briqadasının müşayiəti ilə axşam saatlarında təyyarə ilə İsrailə aparılıb.

Xatırladaq ki, Q. Kernes ötən gün saat 12:00 radələrində şəhərdəki parkların birində idman edən zaman sui-qəsddə məruz qalıb. İlkin istintaq materiallarına görə, şəhər meri snayper tərəfindən vurulub. O, bel nahiyəsindən ağır güllə yaras alıb.

Aydan Axundova
AzNews.az