Slavyanskda ərzaq tapılmır- Separatçılara nəzarət çətinləşir

Ukraynanın cənub-şərq vilayətlərində vəziyyəti nəzarət etmək çətinləşir.
AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, Donetsk vilayətinin şimalında yerləşən Slavyansk şəhərində rusiyameyilli separatçılar öz mövqelərini saxlamağa çalışırlar. Həm Slavyansk, həm də Kramatorskidə hökumət qüvvələri mövqelərini gücləndirməkdə davam edirlər.

Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Andrey Parubiy bildirib ki, rusiyameyilli separatçıların mövqelərinin güclü olduğu Slavyanskda və Kramatorskidə aktiv əməliyyatlar başa çatandan sonra, proses digər şəhərlərdə davam etdiriləcək.

Yeli sakinlərin verdikləri məlumata görə, isə Slavyanskda hökumət nəzarəti tam ələ keçirə bilməyib. Küçələr barrikadalara görə hələ də bağlıdır. Mobil rabitə demək olar ki işləmir. Mağazalar fəaliyyət göstərmir və yaxudda məhdud sayda ərzağa malikdirlər.

Antiterror Mərkəzinin başçısı Vasiliy Krutov bildirib ki, əməliyyatlar davam etdirilir. Bölgədə asayiş keşikçilərinin sayı artırılır. Bölgədə aparılan əməliyyatlarda ötən həftəsonu hökumət qüvvələrinə məxsis qoşun birləşmələrinin 5 hərbçisi həlak olub, 12 nəfəri isə yaralanıb.

Aydan Axundova
AzNews.az