Olland “erməni soyqırımı” ilə bağlı tədbirlərdə iştirak edəcək

Fransa prezidenti Fransua Olland 2015-ci ilin aprelin 24-də yenidən Ermənistana səfər edəcək.

Səfərin məqsədi "erməni soyqırımı"nın 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etməkdir.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti İrəvanda ermənistanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.

"Mənim bu tədbirlərdə iştirakım sülh və əminamanlığın bərqərar olmasına bir cəhd olacaq. Eyni zamanda bu, dünyaya bir çağırış olacaq ki, bir daha heç vaxt belə dəhşətli soyqırımlar baş verməsin", - deyə o vurğulayıb.

Türkiyə baş nazirinin ermənilərə müraciətinə gəldikdə isə F.Olland ölkəsinin bu müraciətdə müsbət məqamlar axtarmağa çalışdığını qeyd edib.

"Əlbəttə ki, əsas məsələ ondadır ki, bu talanlar soyqırım kimi təsnif edilsin. Yeganə həll yolu isə soyqırımın tanınmasıdır", - deyə o bildirib.

AzNews.az