Pyotr Poroşenko seçicilərin 56 faizinin səsini alıb - Exit-poll


Sahibkar Pyotr Poroşenko Ukrayna prezidenti seçkilərində liderliyini davam etdirir. Exit-poll məlumatına görə, birinci turda seçicilərin təxminən 56% -i P.Proşenkoya səs verib. Poroşenkonun ən yaxın rəqibi olan keçmiş baş nazir Yuliya Timoşenko təxminən 12% səs toplayıb.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, əgər ilkin sorğunun nəticələri səslərin yekun hesablanmasından sonra təsdiqlənsə, seçkilərin ikinci turu keçirilməyəcək. "Şokolad kralı" kimi də tanınan ukraynalı milyarder hakimiyyətə gəldikdən sonra Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmaq və rusiyameyilli separatçıların fəal olduqları ölkənin şərq regionlarında sülhü bərpa etməyi vəd edib. Poroşenko bildirib ki, dövlət başçısı kimi ilk səfərini Donbasa edəcək. Kiyevdə keçirilən mətbuat konfransında Poroşenko bildirib ki, ilk işi müharibəni bitirmək, xaosa son qoymaq, vahid və azad Ukraynaya sülh gətirmək olacaq.

AzNews.az