Ana öz oğlunun dənizdə boğularaq ölməsinə göz yumdu

Musavat.com xəbər verir ki, Türkiyədə dəhşətli olay baş verib.



Bir neçə gün öncə dənizdən 16 yaşlı bir oğlan uşağının cəsədi tapılıb. Cəsədi tapanlar isə balıqçılar olublar. Bu gün isə həmin gəncin valideyini həbs edilib.

Məhkəmə ananın öz uşağını qətlə yetirməkdə ittiham edib. Boğularaq dünyasını dəyişmiş 16 yaşlı gəncin anası, öz oğlunun boğularaq ölməsinə göz yumub və oğlu dənizdə boğularkən o, çay içməyə gedib.

Belə ki, 50 yaşındakı ana, öz ifadəsində bunları deyib: "Dənizin sahilində oğlumla gəzirdik. O, balıqlara baxmaq istəyirdi. Dənizin qırağına çox yaxınlaşdı. Birdən dənizə düşdü. Mən də çay içməyə getdim. Düşündüm ki, mən gələnə kimi özü çıxacaq".

Qeyd edək ki, polis 50 yaşlı ananı müxtəlif axtarışlardan sonra tapa bilib. O, bu zaman ərzində gizlənib və oğlunun öldüyü haqda heç kəsə xəbər verməyib.

AzNews.az