- Köhnə - Region
- 29 Sentyabr 2014 14:03
- 5 524
Ermənistanda Qarabağ həyəcanı – “Rusiya 1 il öncəki ölkə deyil”
Ermənistan parlamentində müxalifəti təmsil edən deputat Aleksandır Arzumanyan ölkəsinin Gömrük İttifaqına qoşulmaq perspektivləri barədə danışıb.
AzNews.az xəbər verir ki, deputat Ermənistan və Qarabağ arasında gömrük postlarının qoyulma ehtimalı barədə narahatlıq dolu açıqlamalar verib: "Bizim məmurlar Qarabağ və Ermənistan arasında gömrük postlarının olmayacağını bildiriblər, amma mən bu məsələdən çox narahatam. Ermənistan və Qarabağ arasında gömrük məntəqəsinin, daha sonra sərhədin, sonda isə rus qoşunlarının həmin əraziyə daxil olmaq və orada nəzarət etmək perspektivləri mövcuddur. Bu hal Ermənistan xalqı üçün genosidə bərabər addım olar. Hazırkı Rusiya bizim 1 il öncə danışıq apardığımız ölkə deyil".
Xəyal