Türk ordusundan güc nümayişi- FOTOLAR

Türkiyə Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlərə başlayıb.



ANS PRESS-in məlumatına görə, ordunun döyüş qabiliyyətini yoxlamaq məqsədilə "Atəş Sərbəst 2014" adı altında hərbi təlimlər keçirir.

Təlimlərə Türkiyə Silahlı Qüvvələrinin Quru qoşunları, Hərbi Hava Qüvvələri cəlb olunub. Təlimləri Baş Qərargah rəisi Necdət Özəl və generallar izləyib. Təlimlər zamanı əsasən yerli istehsal olunun hərbi texnika və silahlardan sitifadə edilib.

Qeyd edək ki, təlimlər Türkiyə_Suriya sərhədində davam edən gərginliyin fonunda həyata keçirilir. Hazırda Türkiyə Böyük Millət Məclisində Türkiyə ordusunun İraq və Suriyada hərbi əməliyyatlara qatılıb-qatılmayacağı müzakirə olunur.


AzNews.az
image description image description image description image description image description image description