Separatçıları dəstəkləyən erməni milyarder azad edildi

Moskvanın Basman məhkəməsi bu gün erməni maqnat, Qarabağda erməni separatizminin baş sponsoru Levon Ayrapetyanı azad edib.



ANS PRESS-in məlumatına görə, məhkəmə onun həbsini ev dustaqlığı ilə əvəz edib.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Ayrapetyan iyulun 15-də Monakodan Moskvaya gələrkən "Domodedovo" hava limanında saxlayıb.

Qeyd edək ki, Ayrapetyana qarşı əməliyyat cinayətkar qruplaşmalardan birinin fəaliyyəti ilə bağlı istintaq çərçivəsində həyata keçirilib. Erməni milyarderin bu cinayətkar qruplaşmaya bağlılığı haqda sabiq senator İqor İzmestyev istintaqa ifadəsində bildirmişdi.

Levon Ayrapetyan dünyanın ən varlı ermənilərindən sayılır. O, qondarma erməni soyqırımının dünya miqyasında tanınması üçün milyonlar ayırıb.

AzNews.az