Azərbaycan mətbuatı Türkiyədəki ermənilərin hədəfində

Türkiyə ermənilərinin tribunu hesab olunan “Aqos” qəzetində Azərbaycan mətbuatına qarşı yeni əks-təbliğat kampaniyasına start verilib.



AzNews.az xəbər verir ki, bu qəzetdə işləyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın keçmiş müşaviri Qeybulla Qeybullayevin qızı Arzu Qeybullanın rəhbərliyi ilə başlayan bu kampaniyada ölkə mətbuatı haqqında xoşagəlməz ifadələrdən istifadə olunub.

Məsələ ilə bağlı bu gün nəşr oluna məqalənin müəllifi Fatih Gökhan Diler adlı şəxs yazır ki, azərbaycanlı yazarlar Elnur Eltürk və Elnur Hidayətoğlu adı çəkilən jurnalist haqqında təhqiramiz ifadələr işlətdikləri üçün, qəzet onun müdafiəsinə qalxıb: "Biz əməkdaşımız Arzu Qeybullayevin ağır bir kampaniyaya məruz qaldığını düşünərək, onun həyatının təhlükə qarşısında qalmasından narahatıq. İctimaiyyəti, jurnalistləri və media təşkilatlarını, həmkarımızı hədəfə alan hücumlar qarşısında səssiz qalmamağa çağırırıq".

"Aqos" qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Azərbaycanda yayımlanan aznews.az, musavat.com, modern.az və.s. saytlar Arzu Qeybullanı düşmən mətbuatına işləməkdə ittiham edirlər.

Qeyd edək ki, Arzu Qeybulla həqiqətən də çalışdığı "Aqos" qəzetində Azərbaycan əleyhinə bir neçə məqalə və fikirlərlə çıxış edib.

Xatıradaq ki, bu qəzet 2007-ci ilin yanvar ayında İstanbulda qəzet ofisinin qarşısında naməlum şəxs tərəfindən qətlə yetirilən erməni əsilli türkiyəli jurnalist Hrant Dinkə məxsus olub.