- Köhnə - Region
- 9 Oktyabr 2014 18:41
- 3 243
Şimal Alyansının rəhbəri Stoltenberq Ankarada
Oktyabrın 9-da NATO baş katibi Cens Stoltenberq və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada görüşüb. Görüşdən sonra mediaya açıqlama verən Stoltenberq ABŞ-ın bölgədə barış əldə edilməsi üçün atdığı addımların son dərəcə önəmli olduğuna diqqət çəkib: "İŞİD bölgə üçün bir təhdiddir. Biz NATO olaraq bölgədəki gəlişmələri yaxından izləyirik. Türkiyə regionun təhlükəsizliyi məsələsində NATO-ya ciddi dəstək verməkdədir.
İttifaqımız təhdidlə qarşı-qarşıyadır. İŞİD İraq xalqı, Suriya xalqı, bölgə ölkələri və NATO ölkələri üçün ciddi təhdiddir. Alyansın Türkiyədə "Patriot" raketlərini yerləşdirməsi təhlükəsizilyi gücləndirir. NATO-nun bütün üzvləri təhlükəsizlik üçün birgə fəaliyyətə hazırdır. Türkiyə NATO-nun bir parçasıdır və biz Türkiyəni təhlükəsizlik məsələsinə tam dəstəkləməyə davam edəcəyik".
NATO baş katib bildirib ki, alyans türk xalqını təhlükəsizlik məsələsində dəstəkləyəcək:"Çox önəmli qərarlar qəbul etdik. Yaxın zamanlarda bu qərarların icrasına başlanacaq".
Xarici işlər naziri M.Çavuşoğlu isə bildirib ki, Türkiyə terrorla mücadilədə heç bir zaman çəkingən davranmayıb, bundan sonra da davranmayacaq: "46 vətəndaşımız əsir ikən diqqətli davrandıq, İraq və Suriyada etməli olduqlarımızı etdik. Bugünkü tablonu 4 ildir dostlarımızla paylaşırıq. Türkiyə məsələlərə qlobal yanaşır. Biz düşünürük ki, Suriyada Əsəd rejimi qalınca qan və qətliamlar davam edəcəkdir. Bu gün İŞİD-dən danışırıq. Sabah ortaya hansı qüvvənin çıxacağı bəlli deyil".
Nazir NATO ilə işbirliyi davam etdirilməsinin önəmini vurğulayarkən hava hücumlarının terrorun kökünün kəsilməsi üçün yetərli olmadığın da bildirib.
Bu arada Türkiyə Təhlükəsizlik Şurasının oktyabrın 8-də keçirilən toplantısına qatılmayan Milli İstihbarat Təşkilatının (MİT) müstəşarı Hakan Fidanın ABŞ-da olduğu bəlli olub. "Habertürk" xəbər verir ki, Hakan Fidan ABŞ-da İŞİD-ə qarşı tədbirlərlə bağlı danışıqlar üçün gedib.
AzNews.az