Rusiya Müdafiə Naziri də Ermənistandakı təlimlərə qatılacaq

Rusiyanın Müdafiə naziri Anatoli Serdyukov bu gün Ermənistana gəlir. AzNews.az-ın panarmenian.net saytına istinadən verdiyi xəbərə görə, rusiyalı nazir Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanda təşkil olunan təlimlərində iştirak edəcək və təlimin gedişi ilə maraqlanacaq. Onun erməni həmkarı Seyran Ohanyanla da görüşəcəyi bildirilir.

Qeyd edək ki, Rusiya Müdafiə nazirinin Kollektiv təhlükəsizlik Şurasının Ermənistanda keçirilən təlimlərdə iştirak etməsi vəziyyətin ciddiliyindən və Rusiyanın bu təlimlərə nə qədər önəm verməsindən xəbər verir.

Sadiq
AzNews.az