Rza Zərraba qarşı daha bir dələduzluq ittihamı

“Hələ də yeri bəlli olmayan İrana məxsus 2,7 milyard dollarlıq neft pulunun yerini Rza Zərrab bilir”.



Bu iddia ilə İran İstintaq Komitəsinin üzvü Əmir Abbas Soltani çıxış edib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Rza Zərrabın İranda həbsdə olan iş adamı Babək Zəncaniyə neft pulunun transferində köməkçi olduğu deyilir. İtkin neft pulu ilə əlaqədar açıqlama verən Soltani "Rza tamamilə bu işin içindədir" deyib.

Rza Zərrabın vəkili isə Babək Zəncani ilə Zərrab arasında hər hansı bir əlaqənin olması iddiasını rədd edib.

Zərrabın vəkili Şeyda Yıldırım "Bütün İran parlamenti gəlib araşdıra bilər. Bu iki insan arasında hər hansı bir əlaqənin olmasını demək məntiqsizdir" sözlərini əlavə edib.

AzNews.az