Putin Ukraynadan qoşunlarını geri çəkdi

Rusiya prezidenti Vladimir Putin rus qoşunlarına Ukrayna sərhədindən geri çəkilmək və Rostova doğru hərəkət etmək əmri verib.



AzNews.az xəbər verir ki, prezidentin Mətbuat Xidmətinin rəhbəri Dmitry Peskov 17600 rus əsgərinin dönüşünü "yay təlimindən qayıtma" adlandırıb.

Qeyd edək ki, Putinin oktyabrın 16-17-də Milanda keçiriləcək Avropa-Asiya liderlərinin sammitinə qatılacağı bildirilir. Onun Milanda Ukrayna prezidenti Petro Poroşenko ilə də görüşü gözlənilir.

AzNews.az