İranda təyyarə qəzası- 7 ölü

İranda baş verən təyyarə qəzası zamanı 7 nəfər ölüb.


AzNews.az xəbər verir ki, ölənlərdən 3-ü İranın yüksək rütbəli polis zabitləridir.
Onlar təyyarə ilə Tehrandan ölkənin cənub-qərbinə Sistan-Baluchistan əyalətinə yaraqlıların hücumlarını araşdırmağa gedirdilər.

Təyyarənin qalıqları oktyabrın 12-də tapılıb. Sərhəd xidmətinin rəsmisi təyyarənin vurulmadığını deyib.

Qeyd edək ki, bu ölkənin Sistan-Baluchistan əyalətində sünni ekstrermistlər fəallaşıb.

AzNews.az