Müdafiə naziri istefaya göndərildi

Ukraynanın müdafiə naziri Valeri Geletey istefaya göndərilib.


AzNews.az xəbər verir ki, bu haqda Ukrayna prezidentinin rəsmi saytı xəbər yayıb.
Xəbərdə deyilir ki, müdafiə nazirinin dəyişməsi haqda fikri şəxsən prezident Petro Poroşenko özü səsləndirib: "Artıq Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsi vaxtıdır. Yeni nazirin təyinatını da gecikdirməyəcəyik. Həftənin 2-cü günü bu təyinat baş verəcək.

Müdafiə Nazirliyinin, Dövlət Sərhədi Xidmətinin rəhbərlərinin dəyişdirilməsi və Kəşfiyyat işləri üzrə Komitənin yaradılması nəticədə Ukraynanın müdafiə gücünə müsbət təsirini göstərəcək".