- Köhnə - Region
- 13 Oktyabr 2014 20:12
- 4 124
Moskvada bazar yanır- Xəsarət alanlar var
Moskva ətrafında avtobazarda güclü yanğın başlayıb.
ANS PRESS-in məlumatına görə, yanğın Odinçov rayonunda Kunçev avtobazarında başlayıb.
Yanğın o qədər güclüdür ki, hadisə yerinə onlarla yanğınsöndürən maşın cəlb olunub. Bundan başqa yanğının söndürülməsinə aviasiyadan dəstək verilir. İki helikopter yanğının söndürülməsində iştirak edir.
Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, bazarın anbar hissəsi yanır. Xəsarət alanlar var. Lakin nə qədər insanın xəsarət aldığı hələlik məlum deyil.