- Köhnə - Region
- 18 Oktyabr 2014 20:03
- 4 038
Türkiyədə daha bir nəfərdə ebola təhlükəsi
ANS PRESS-in məlumatına görə, Diyarbəkir vilayəti sakini olan Kadriyə Bilgiç adlı qadının vəziyyəti Həcc ziyarətindən qayıtdıqdan sonra ağırlaşıb.
Müayinə zamanı qadında xəstəliyin simptomları aşkarlanıb. Həkimlər dərhal qadını karantin nəzarətinə götürüblər. Hətta onun yaxınları da xəstəxanaya ziyarətə buraxılmayıblar.
Qadının virusa yoluxduğu hələlik rəsmi şəkildə təsdiqlənməsədə, türk həkimlərinin şübhəsi çoxdur.