- Köhnə - Region
- 22 Oktyabr 2014 11:29
- 2 920
İran Buşerdə casus tutdu
İranın kəşfiyyat naziri Seyid Mahmud Alavi Buşehr Atom Elektrik Stansiyasının yaxınlığında şübhəli şəxs qismində həbs edilən əcnəbi vətəndaş haqda məlumat yayıb:
"Bizim əməkdaşlarımızın sayıqlığı nəticəsində Buşer Atom Elektrik Stansiyası yaxınlığında xüsusi xidmət orqanları ilə əməkdaşlığı ehtimal olunan bir əcnəbini həbs etmişik. Həmin şəxsin işinə İran məhkəməsi baxacaq".
AzNews.az xəbər verir ki, İranın energetika naziri Əsgər Zarein də öz növbəsində bildirib ki, İranın xüsusi xidməti əcnəbilərin bir neçə planını deşifrə edib.
İran öncə də nüvə proqramına təxribat törətmək cəhdləri barədə məlumatlar yaymışdı.
Qərb İranın nüvə proqramından atom bombası hazırlamaq üçün istifadə edə biləcəyindən narahatdır. İran isə nüvə enerjisindən yalnız elektrik və tibbi müalicədə yararlandığını bildirir.
Xəyal Əzizov
AzNews.az